“Qış bulvarı”nın tikiləcəyi ərazidə söküntü davam edir
19 fevral 2010 12:30 (UTC +04:00)

“Qış bulvarı”nın tikiləcəyi ərazidə söküntü davam edir

Bakıda “Qış bulvarı”nın tikiləcəyi ərazidəki evlərin sökülməsi davam edir.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, hazırda ərazidə ağır texnika işləyir. Polis əməkdaşları tərəfindən söküntü aparılan yerlər nəzarətə götürülüb. Füzuli küçəsi boyunca park edilən avtomobillər yığışdırılıb. Həmin küçə ilə hərəkət edən sərnişin avtobuslarının hərəkəti də qismən məhdudlaşdırılıb. Sökülən bina sakinlərinin bir qismi söküntü işlərinə tamaşa edirlər.

Qeyd edək ki, “Qış bulvarı”nın tikiləcəyi ərazi Füzuli, Topçubaşov və digər küçələri əhatə edir.



Elxan Salahov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar