Göygöl rayonunda gənc ər arvadını qətlə yetirdi
Azərbaycanın Göygöl rayonunda ər arvadını öldürüb.
Bu barədə APA-ya Göygöl rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Kənd sakini, 22 yaşlı Taleh Həsənov həyat yoldaşı, 20 yaşlı Rəsmiyə Rüstəmovanı gəzinti adı ilə aldadaraq rayonun Çaybağı deyilən yerə aparıb. Orada R.Rüstəmovaya bir neçə bıçaq zərbəsi vuran T. Həsənov onun öldüyünü zənn edərək polisə gedib və könüllü təslim olub.
Hadisə baxış keçirən polis əməkdaşları R.Rüstəmovanın sağ olduğu görüblər. R.Rüstəmova təcilli rayon xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən onu xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, T. Həsənov hadisəni qısqanclıq zəminində törədib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdəm adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

331