Bakıda polis maşınla piyadanı vurub
Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə ANS PRESS-ə rayon Polis İdarəsindən bildirilib. Hadisə fevralın 16-sı axşam saatlarında baş verib. Əzizbəyov Rayon Mühafizə İdarəsində işləyən çavuş, 24 yaşlı Elçin Mirqasım oğlu Sadıqov idarə etdiyi “VAZ 21074” markalı 90 GT 068 dövlət nömrə nişanlı maşınla piyada qadını vurub.
Yüngül xəsarət alan Bakı sakini, 22 yaşlı Təhminə Namiq qızı Əliyeva dərhal sürücünün köməkliyi ilə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafi olduğundan xəstə evə buraxılıb.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

365