Evləri sökülən Bakı sakinləri Prezident Administrasiyasında olublar
Bakıda “Qış bulvarı”nın tikiləcəyi ərazidəki evlərin sahibləri fevralın 18-də Prezident Administrasiyasının qəbul otağının qarşısına toplaşıblar.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, həmin vətəndaşlar onlara kompensasiya verilməməsindən şikayətləniblər. Sakinlər bildiriblər ki, onlara şifahi olaraq hər kvadratmetrə görə 1500 ABŞ dolları təklif olunub. Lakin sakinlər bununla razılaşmadığını bildiriblər.
“Qış bulvarı”nın tikiləcəyi ərazidə evləri və obyektləri sökülən vətəndaşlardan ikisi sakin, ikisi sahibkar olmaqla 4 sakini Prezident Administrasiyasında qəbul ediblər. Qalan vətəndaşlar isə qəbul otağının qarşısında gözləyiblər.
Qəbul otağında narazı sakinləri qəbul edən Prezident Adminitrasiyasının əməkdaşları məsələdən xəbərsiz olduqlarını bildiriblər. Bu barədə jurnalistlərə açıqlamasında qəbul otağından çıxan Elmira adlı sakin məlumat verib: “Biz onlara dedik ki, “göydə Allahı, yerdə sizi deyib gəlmişik”. Onlar isə dedi ki, məsələni müzakirə edərək hara lazımdı çatdıracağıq”.
Qeyd edək ki, “Qış bulvarı”nın tikiləcəyi ərazi Füzuli, Topçubaşov və digər küçələri əhatə edir.
Pərvin ABBASOV

Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25