Rail Rzayev ölümündən öncəki son sirri
APA Azərbaycan müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, 2009-cu il fevralın 11-də qətlə yetirilmiş general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev qarşı elan olunmuş ittihamnaməni əldə edib
Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin ittiham olunduğu maddələr məlum olub.
APA-nın məlumatına görə, Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən yörədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), Anar Haşımov -177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilirlər.
İttihama görə, generalın köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD disklər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
Bundan başqa, Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general R.Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R.Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində “general-leytenant” poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus “Mitsubishi-Pajero” markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.
Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin ifadəsi əsasında müəyyən edilib ki, Aydın Rəfiyev generalın ölümündən dərhal sonra onun iş otağına girərək generala məxsus seyfdən oğurladığı 200 min avro məbləğində pulu Binəqədi rayonunda yaşayan tanışı Ceyran Babayevanın mənzilində gizlədib. Aydın Rəfiyev, həmçinin general Rail Rzayevin öldürülməsi faktı üzrə başlanan cinayət işinin ibtidai istintaqı zamanı generalın yavəri Anar Haşımovu 12 fevral 2009-cu il tarixdə Müdafiə Nazirliyinin inzibati binasının yaxınlığında idarə etdiyi “Mitsubishi-Pajero” markalı avtomobilə mindirərək Mərkəzi Ordu İdman Klubunun yaxınlığına aparıb, onu döyərək R.Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə etməsi və seyfi açması faktını gizlətməyə, bu barədə istintaqa yalan ifadə verməyə təhrik edib. Nəticədə A.Haşımov öz iradəsi ziddinə bu barədə istintaqa yalan ifadə verib.
Bundan əlavə, istintaq zamanı A.Rəfiyevin digər cinayət əməllərinin də üstü açılıb. İstintaqla müəyyən edilib ki, Aydın Rəfiyev general R.Rzayevlə olan yaxın münasibətlərindən istifadə edərək ayrı-ayrı rayon və şəhər Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılan şəxslərin rüşvət müqabilində öz istəklərinə əsasən, Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissələrdə qulluq keçmələrini təmin etmək məqsədilə yaradılmış mütəşəkkil dəstənin üzvü kimi fəaliyyət göstərib.
İstintaq tərəfindən dindirilən Aydın Rəfiyev ilkin ifadələrində törətdiyi cinayət əməllərini etiraf etmədən ziddiyyətli fikirlər səsləndirib. Lakin sonda zərərçəkən və şahid ifadələri qarşısında çıxılmaz vəziyyətə düşən A. Rəfiyev generalın iş otağındakı əmlakını və seyfdə saxlanılan külli miqdarda pulu götürdüyünü etiraf etməklə yanaşı, R. Rzayevlə bağlı maraqlı faktlar danışıb. Onun sözlərinə görə, general R.Rzayev son illər çoxlu sayda qızıl-zinət əşyaları almağa meyl göstərib. Ölümündən bir gün əvvəl R. Rzayev köməkçisi Aydın Rəfiyevi çağıraraq qızıl boyunbağısını iki il əvvəl tanış olduqları Zeynal adlı zərgərə düzəltdirməyini tapşırıb. R.Rzayev, həmçinin Zeynalda olan qızıl məmulatlarını baxmaq üçün ona gətirməsini Aydın Rəfiyevdən xahiş edib. Generalın tapşırığı əsasında A.Rəfiyev zərgərdən götürdüyü 16 500 ABŞ dolları dəyərində tək qaş sırğa, 3 800 ABŞ doları dəyərində qızıl komplekt, 1200 ABŞ dolları dəyərində qızıl üzük, 4000 ABŞ dolları dəyərində “qvozdik” sırğalar, 1600 ABŞ dolları dəyərində başqa formada qızıl sırğalar, 700 dollar dəyərində qızıl kulon, 3000 dollar dəyərində qolbağı və 1800 dollar dəyərində təkqaş qolbağından ibarət qızıl məmulatları gətirərək R.Rzayevə təhvil verib.
Fevralın 11-i səhər saat 07.30 radələrində generalın sürücüsü Şövqi Seyfullayev Aydın Rəfiyevə zəng edərək həyəcanlı vəziyyətdə “Maşının “podpresi” sındı, komandanın da ürəyi getdi, onu hara aparım” deyə soruşub. A.Rəfiyev sürücüyə generalı təcilli hospitala çatdırması barədə tapşırıq verib. Lakin sürücü hospitalın yerini bilmədiyi üçün A.Rəfiyev ondan özünü də götürməyi tələb edib. Sürücü A.Rəfiyevi evindən götürdükdən sonra generalı hospitala aparıblar. Hospitalda isə həkimlər R. Rzayevin artıq öldüyünü deyiblər.
A.Rəfiyev generalın ölməsi barədə onun yaxınlarına məlumat verib. Hospitala gələn R.Rzayevin kürəkəni İlqar Hüseynov A.Rəfiyevdən generalın iş otağındakı şəxsi əşyalarını təcilli yığışdırmağı xahiş edib. Bundan dərhal sonra A.Rəfiyev generalın yavəri Anar Haşımova zəng edərək R.Rzayevin otağında olan bütün əşyaları və seyfdə olan pulları açıb götürməsi barədə tapşırıq verib. Lakin A.Haşımov seyfi aça bilmədiyi üçün oradakı əşyaları da götürə bilməyib. Buna qəzəblənən A.Rəfiyev özü R. Rzayevin iş otağına gedib. A.Rəfiyev oradakı qızılları, dərman preparatlarını, video diskləri və seyfdə olan pulu götürərək gizlədib. O, generalın yavəri Anar Haşımova bu barədə heç kimə danışmaması barədə tapşırıq verib. Sonra isə A.Rəfiyev generalın otaqdakı təzə ayaqqabılarını da geyinərək oranı tərk edib. Yenidən hospitala qayıdan A.Rəfiyev generalın yaxınlarına onun iş otağında pul və qızıl-zinət əşyalarının olmaması barədə yalan məlumat verib.
Zərərçəkmiş şəxs qismində istintaqa ifadə verən generalın oğlu Qurban Rzayev atasının ölümündən iki gün sonra A.Rəfiyevin ona içərisində R.Rzayevə məxsus orden və medallar olan iki ədəd zərf verdiyini qeyd edib. A.Rəfiyev onda R.Rzayevə məxsus hər hansı əlavə əşya, pul, qızıl-zinət əşyalarının olmadığını bildirib.
İş üzrə dindirilmiş Hərbi Hava Qüvvələrinin şəxsi heyət bölməsinin baş zabiti Ramil Tağıyev isə generalın ölümündən sonra dəfn mərasimi ilə əlaqədar R.Rzayevin şəkil və medallarını götürmək məqsədi ilə A.Rəfiyevlə birlikdə generalın iş otağına getdiklərini qeyd edib. Fevralın 11-i saat 10.00 radələrində növbətçi İzzət Məhərrəmov və inzibati bölmə rəisi Nailə İbrahimovanın iştirakı ilə generalın iş otağındakı seyfi açan R.Tağıyev orada tapança aşkar edib. Seyfdə aşkarlanan silah barədə Hərbi Hava Qüvvələrinin qərargah rəisi, polkovnik Yaqubəli Qulamov məlumatlandırılıb.
Məlum cinayət işinin ibtidai istintaqı zamanı Hərbi Hava Qüvvələrinin xeyli sayda əməkdaşı istintaqa cəlb edilərək şahid qismində dindirilib. İş üzrə təqsirləndirilən şəxslərin günahı şahid və zərərçəkmişlərin ifadələri əsasında kifayət qədər sübuta yetirilmiş hesab olunub.

3658