Əsgərləri zorlayan çavuş məhkəmə qarşısında
Fevralın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə zorlamada və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan ordusunun kiçik çavuşunun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Lent.az-ın məlumatına görə, hakim İsgəndər Hacıyevin sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsinin kiçik çavuşu Arif Qurbanov 2009-cu ilin avqustunda hərbi hissədə olduğu vaxt əsgər yoldaşlarını hədələyərək onlarla zorla cinsi əlaqədə olub. Zərərçəkənlərin şikayəti əsasında A. Qurbanov tutulub.
A.Qurbanov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib.
Qeyd edək ki, A. Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.2.5-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmək), 329.3-cü (rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur etmə), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Fərid Əkbərov

468