“Lotu Süleyman” azadlığa buraxıldı
Fevralın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Lotu Süleyman” kimi tanınan kriminal avtoritetin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Süleyman Şirinova hökm oxunub. O, bəraət hökmü alaraq məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Süleyman Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərova öldürmək məqsədilə atəş açıb və onu yaralayıb. Təqsirləndirilən 11 il istintaqdan yayınıb, lakin 2008-ci ildə həbs edilib. Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunub. S. Şirinov 1995-1996-cı illərdə mütəşəkkil qrup halında respublikada ayrı-ayrı vətəndaşlara basqın edərək, onları girov götürüblər və küllü miqdarda pul alıb. O, adam oğurluğu cinayətləri törətməkdə ittiham olunaraq müxtəlif müddətlərə cəza alan Abuzər Abuzərovun rəhbərlik etdiyi dəstədə də iştirak edib.
Qeyd edək ki, prokuror S.Şirinovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Fərid Əkbərov

1199