Macarıstan səfirini qarət edən şəxs həbs edildi
Anar Rəşidzadə tutularaq istintaqa təhvil verilib
Macarıstanın Azərbaycandakı səfirini qarət edən şəxs həbs edilib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə fevralın 7-də İçərişəhərdə baş verib. Naməlum şəxs Macarıstanın Azərbaycandakı səfiri Jeno Borosdan mobil telefonunu danışmaq adı ilə götürərək hadisə yerindən qaçıb.
Səbayel rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Bakı şəhər sakini, 24 yaşlı Anar Rəşidzadə tutularaq istintaqa təhvil verilib.

669