“Qarabağ” mehmanxanasının yaxınlığında intihar
Bu gün Bakı şəhəri Nərimanov rayonu ərazisində, “Qarabağ” mehmanxanasının yaxınlığında intihar hadisəsi baş verib.
40-45 yaşlı kişi özünü mehmanxananın yaxınlığındakı şam ağacdan asıb. Lent.az-ın verdiyi məlumata görə, hadisə yerində olan polis əməkdaşları həmin şəxsin Salyan rayon sakini Zeynalov Səxavət Firudin oğlu olduğunu bildiriblər.
İntihar edən şəxsi hadisə yerinə gələn uzaq bir qohumu tanıyıb, ancaq yaşını dəqiq deyə bilməyib. Səxavət Zeynalovun Bakıya nə üçün gəldiyi, işləyib-işləmədiyi məlum deyil.
Hüquq-mühafizə orqanlarına bu barədə saat 7:45 radələrində məlumat daxil olub. İntiharın səbəbi hələ məlum deyil. Meyit məhkəmə-tibbi ekspertiza tərəfindən müayinə olunmaq üçün 5 saylı şəhər xəstəxanasına aparılıb.

738