Ötən il baş verən 6205 yanğın zamanı 162 nəfər xilas edilib
17 fevral 2010 12:15 (UTC +04:00)

Ötən il baş verən 6205 yanğın zamanı 162 nəfər xilas edilib

Azərbaycanda ötən il baş vermiş 6205 yanğın hadisəsində 162 nəfərin həyatı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.


APA-nın məlumatına görə, bu barədə fevralın 17-də FHN-də keçirilən kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.


K.Heydərovun sözlərinə görə, ötən il nəzarətdə olan su hövzələrində batma faktı olmayıb. Nəzarətsiz su hövzələrində isə 54 nəfər batıb. Eyni zamanda nəzarət olunan çimərliklərdə 254 nəfərin həyatı xilas edilib.


Ötən il FHN tərəfindən həyata keçirilmiş təcili axtarış-xilasetmə və qəza-xilasetmə tədbirləri nəticəsində 559 müxtəlif qəza hadisəsi zamanı 535 nəfər xilas edilib, 136 nəfərə ilkin təxirəsalınmaz və tibbi yardım göstərilib.


K.Heydərov ötən ilin sentyabr ayında yağan güclü yağışlar nəticəsində Şirvan, Hacıqabul, Xaçmaz, Masallı, Qəbələ və Qax rayonlarında ziyan çəkmiş evlərin bərpa olunması istiqamətində işlərin davam etdirildiyini, həmçinin əhaliyə 400 min manat dəyərində tikinti materiallarından ibarət humanitar yardım göndərildiyini də vurğulayıb. Nazirin sözlərinə görə, dövlət başçısının göstərişi ilə dövlət vəsaiti hesabına 188 fərdi yaşayış evinin tikintisinə başlanılıb və qısa müddətdə sakinlərə veriləcək. Gələn ay isə 100-dən çox evin tikintisinə start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar