Bakıda yaşayış binasının girişi çökdü
17 fevral 2010 11:30 (UTC +04:00)

Bakıda yaşayış binasının girişi çökdü

Bakının Yasamal rayonunda yerləşən doqquzmərtəbəli yaşayış evinin girişi çöküb.


Bu barədə Lent.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, rayonun Zahid Xəlilov keçəsi 66 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasının girişi çöküb. Çökmə nəticəsində bina sakinlərindən bir nəfər yaralanıb.


Yaralı şəxsi Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri dağıntının altından çıxarıb.

Həmin şəxs xəstəxanaya göndərilib. Girişin çökməsi binanın elektrik kabeli və su xəttinə ciddi ziyan vurub. Binaya elektrik və su verilişi dayandırılıb.


Fərid
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar