Zərdabda 170-ə yaxın ev qəzalı vəziyyətə düşüb
16 fevral 2010 19:00 (UTC +04:00)

Zərdabda 170-ə yaxın ev qəzalı vəziyyətə düşüb

Azərbaycanın Zərdab rayonunda qarın əriməsi və qurunt sularının səviyyəsinin qalxması nəticəsində 170-ə yaxın ev qəzalı vəziyyətə düşüb.


Zərdab şəhərinin İcra nümayəndəsi Hafiz Kərimov APA-nın yerli bürosuna açıqlamasında deyib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin 4 mütəxəssisi, 30-a yaxın hərbçi hadisə yerindədir. Onun sözlərinə görə, indiyə kimi şəhərdə 1 ev uçub, 170-ə yaxın ev isə qəzalı vəziyyətə düşüb. Həmin evlərin həyətlərində suyun hündürlüyü 30-50 santimetrə çatıb. H. Kərimov bildirib ki, rayonda 50 su nasosu vasitəsilə həyətlərdən suyun çəkilməsi prosesi gedir. Bu işə Zərdab və Ucar rayonlarının yanğınsöndürənləri də cəlb olunub. H. Kərimov Kür çayında və Qarasu kanalında suyun səviyyəsinin qalxması nəticəsində həmin ərazilərə yenidən qurunt sularının yığıldığını da açıqlayıb.


İcra nümayəndəsi onu da deyib ki, hələlik həyətyanı sahələrini su basan evlərin sakinlərinin köçürülməsinə zərurət yaranmayıb.


Yerli sakinlər isə APA-nın əməkdaşına iri həcmli su nasoslarının işləməsinin mümkün olmadığı yerlərdə kiçik həcmli nasoslar quraşdırılmasını zəruri saydıqlarını deyiblər. Məlumata görə, Zərdabın Kür çayının sahilində yerləşən bir neçə kəndində də ciddi problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar