2 cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb
Onlar ədliyyə orqanlarından da uzaqlaşdırılıblar
Fəaliyyətlərində ciddi nöqsanlara yol verdiklərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri, 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi tutduqları vəzifələrdən uzaqlaşdırılmaqla ədliyyə orqanlarından xaric ediliblər.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətində 2009-cu ilin yekunlarına həsr olunmuş əməliyyat şurasında bildirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, şurada hesabat dövründə Penitensiar Xidmətin həbsxanasının iki rəis müavini və əməliyyat şöbəsinin rəisinin tutduqları vəzifədən azad edildiyi, müəssisənin rəisinin isə intizam qaydasında ciddi cəzalandırıldığı qeyd olunub.
Bildirilib ki, hesabat dövrində 6, 11, 12, 14 saylı cəzaçəkmə müəssisələrinin, 3, 7, 10, 11 saylı xüsusi müəssisələrin, Mühafizə Alayının bir sıra bölüklərinin fəaliyyətində də ciddi nöqsan və pozuntular aşkar edilib və bu qurumların rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb ediliblər.

708