Prokuror “Lotu Süleyman”a 12 il həbs cəzası istədi
16 fevral 2010 11:30 (UTC +04:00)

Prokuror “Lotu Süleyman”a 12 il həbs cəzası istədi

Fevralın 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Lotu Süleyman” kimi tanınan kriminal avtoritetin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən Süleyman Şirinovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses sabah müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.


İttihama görə, Süleyman Şirinov 1997-ci il noyabrın 19-da adam oğurluğu ilə məşğul olan Abuzər Abuzərova öldürmək məqsədilə atəş açıb və onu yaralayıb. Təqsirləndirilən 11 il istintaqdan yayınıb, lakin 2008-ci ildə həbs edilib. Təqsirləndirilən şəxs 2000-ci ilə kimi qüvvədə olan Cinayət Məcəlləsinin 94,1.6-cı (ölümə sui-qəsd) maddəsi ilə ittiham olunub. S. Şirinov 1995-1996-cı illərdə mütəşəkkil qrup halında respublikada ayrı-ayrı vətəndaşlara basqın edərək, onları girov götürüblər və küllü miqdarda pul alıb. O, adam oğurluğu cinayətləri törətməkdə ittiham olunaraq müxtəlif müddətlərə cəza alan Abuzər Abuzərovun rəhbərlik etdiyi dəstədə də iştirak edib.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444

Oxşar yazılar