“VAZ-21010” ağaca çırpıldı: 2 yaralı
Lənkəran rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Lent.az-ın bölgə müxbirinə Lənkəran Şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, rayonun İstisu qəsəbəsində qeydə alınan hadisə zamanı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Cəmil Mehman oğlu Əmirovun idarə etdiyi “VAZ-21010” markalı, 42 BL 883 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü və maşında olan İstisu qəsəbə sakini, 11 yaşlı Elşən Şirvan oğlu Nağıyev müxtəlif bədən xəsarətləri alaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan yaralıların vəziyyətlərinin hazırda orta-ağır olduğu deyilib.
Qəzaya səbəb kimi sürücünün sürət həddini aşması göstərilir.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
P. Əli

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29