Bakının mərkəzində güclü partlayış, 7 yaralı
15 fevral 2010 18:15 (UTC +04:00)

Bakının mərkəzində güclü partlayış, 7 yaralı

Bu gün saat 17:30 radələrində Səbail rayonu, Əlizadə küçəsi 5 ünvanında yerləşən “Kafe-Karamel” restoranında qaz balonu partlayıb.



Lent.az-ın müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində yanğın baş verib və 6 nəfər yaralanıb. Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yanğınsöndürmə və təcili tibbi yardım maşınları gəlib. Təcili tibbi yardım maşınları yaralıları xəstəxanalara aparır.

Partlayışın gücündən yaxınlıqdakı mağazaların vitrin şüşələri sınıb.

Yanğın söndürülüb.


FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Rza Xudiyev APA-ya deyib ki, hadisə kafenin mətbəxində propan qazından baş verib. Hadisə zamanı 3 mərtəbəli evin birinci mərtəbəsində yerləşən kafenin 20 kv.metrlik mətbəxi yanıb. Hadisə zamanı xəsarət alan 2 qadın təcili tibbi yardım tərəfindən 5 saylı şəhər Klinik Xəstəxanasına aparılıb: “Hazırda yanğın söndürülüb, baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır”.

Hadisə zamanı xəsarət alanların bəzilərinin adları məlum olub. Bunlar 1961-ci il təvəllüdlü Təranə İbrahimova, 1964-cü il təvəllüdlü Mehriban Cəfərova, 1969-cu il təvəllüdlü Səkinə Əliyeva, 1967-ci il təvəllüdlü Elman Ağayev, Şimşək Camalov, Rauf İbrahimov və şəxsiyyəti hələlik məlum olmayan kişidir. Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar