Dindarların icazəsiz aksiyası ilə bağlı rəsmi məlumat yayıldı
Bu barədə APA-ya Bakı şəhər Prokurorluğundan məlumat verilib. Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, fevralın 13-də saat 15.00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov və Salatın Əsgərova küçələrinin kəsişdiyi ünvanda yerləşən Hacı Sultanəli məscidindən ibadətdən çıxan təxminən 60-70 nəfərdən ibarət bir qrup şəxs özləri ilə götürdükləri, üzərində dini sözlər yazılmış şüarlar və əvvəlcədən hazırlanmış gül çələngi ilə icra hakimiyyəti orqanlarını xəbərdar etmədən və müvafiq icazə almadan Füzuli meydanı istiqamətində piyadaların və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi H. Hacıyev küçəsi ilə Şəhidlər Xiyabını istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərib.
İcazəsiz yürüşün qarşısını almaq və ictimai asayişin qorunmasını təmin etmək məqsədilə həmin ünvana gəlmiş Yasamal rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən yürüş iştirakçılarına yol verdikləri hərəkətlərin qanunsuz olması izah edilməsinə baxmayaraq, onlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, ictimai qaydanı kobud surətdə pozaraq, N. Nərimanov küçəsində nəqliyyatın normal fəaliyyətinə mane olaraq, xidməti vəzifələrini yerinə yetirən Yasamal və Səbail rayon polis idarələrinin əməkdaşlarını daş və əllərində olan şüarların ağac hissəsi ilə vuraraq hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək müqavimət göstəriblər.
Nəticədə polis əməkdaşlarından Hüseynov Sərvər Hüseyn oğlu, Şirinov Teymur Qeybulla oğlu, Abbasov Elşən Orucəli oğlu, Əhmədli Ramil Eldar oğlu, Yusifov Ceyhun Firudun oğlu, eyni zamanda yürüş iştirakçılarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş verən fakt əsasında fevralın 13-də Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə hadisə baş verən əraziyə video çəkilişi aparılmaqla baxış keçirilib. Hadisə yerindən qan nümunələri, daş parçaları, ağac və taxta hissələri aşkar edilərək götürülüb, tədbirin keçirilməsində iştirak edən vətəndaşların, habelə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının ifadələri alınıb. Xəsarət alan polis işçiləri və onlara zor tətbiq edən şəxslər məhkəmə-tibb ekspertizasından keçirilib, hadisənin törədilməsində fəal iştirak edən şəxslərlə tanınma və üzləşdirmə hərəkətləri aparılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə hadisənin fəal iştirakçılarından dörd nəfər Cinayət Məcəlləsinin 221.3 və 315.2-ci maddələrində nəzərdə tutulan cinayət hərəkətləri törətməkdə şübhəli şəxs qismində saxlanılıb, yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati həbs seçilib, beş nəfər inzibati qaydada cərimələnib, iki nəfərə isə xəbərdarlıq edilib.
Cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi, həmçinin, onu törətmiş şəxslərin dairəsinin tam dəqiqləşdirilməklə istintaqa cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

624