Nazirliyin sektor müdiri yol qəzasında öldü
Fevralın 9-u saat 19 radələrində Yasamal rayonu H.Cavid prospektində Eyvaz Əliyev idarə etdiyi 70 saylı marşrut üzrə hərəkət edən «Daewoo» markalı avtobusla Leyla Axundzadəni vurub.
Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. L.Axundzadə aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsi nəticəsiz qalıb, yaralı xəstəxanada keçinib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya açıqlamasında hadisə zamanı dünyasını dəyişən L.Axundzadənin nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri olduğunu bildirib.
Prezidentin sərəncamı ilə L. Axundzadəyə 2007-ci ildə “Əməkdar incəsənət xadimi” adı verilib.

768