Məktəbə silahlı hücum
ABŞ-ın Tennesi ştatının Noksvill şəhərində bir məktəbə silahlı hücum olub.
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, silahlı şəxs məktəbin direktoru Eliza Luna və direktorun müavini Emi Braysı yaralayıb.
Məktəbə hücum çəkən şəxs 15 dəqiqə sonra saxlanılıb. Onun bu məktəbdə çalışan texniki işçilərdən biri olduğu müəyyənləşib.
Qeyd edək ki, həmin şəxs direktor və direktor müavinini güllələyərkən məktəbdə şagirdlər olmayıb.

355