Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
11 fevral 2010 13:45 (UTC +04:00)

Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş

Yanvarın 19-da Qaradağ rayonunun Qrunt adasında yerləşən “Nəriman Neft” şirkətinin estakadasında balıqçılar tərəfindən tapılan naməlum kişi meyitinin kimliyi müəyyənləşib.



Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda keçirilən ekspertiza nəticəsində mərhumun 2009-cu il sentyabrın 28-də itkin düşmüş Bakı şəhəri, Nəsimi rayonunun sakini 1977-ci il təvəllüdlü Kazımov Tahir Həsən oğlu olmasının müəyyənləşdiyi bildirilib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, Tahir Kazımov baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovun kürəkənidir. O, həmin vaxt Səngəçal terminalına balıq tutmağa gedibmiş və ehtiyatsızlıqdan dənizə düşüb. Hadisə baş verən günlərdə mətbuat T.Kazımovun qaçırılaraq öldürüldüyünü yazmışdı.

Mərhum Nikoyl Bankın əməkdaşı olub, 2 azyaşlı övladı var.

Vaqif Hüseynovla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21