Bakıdakı dəhşətli qətlin tarixçəsi
Haqqında danışacağımız hadisə 2009-cu ilin iyul ayında baş verib. Bakıda baş verən bu hadisə yeni qurulan bir ailənin dağılmasına, 5 yaşlı uşağın anasız, yeni doğulan körpənin isə atasız qalmasına səbəb olub.
Lent.az-ın təqdim etdiyi bu yazı Naxçıvandan Bakıya çörək pulu qazanmaq üçün gələn fəhlənin Bakının çoxmərtəbəli binalarında çalışdığı dövrdə törətdiyi amansız cinayətdən bəhs edir.
Hekayədə təqsirləndirilən və zərərçəkən şəxslərin adları dəyişdirilib.
Naxçıvandan Bakıya gələn yol
1985-ci ilin yazında Naxçıvanın Şahbuz rayonunda kəndli ailəsində dünyaya göz açan Familin oxumaq ilə arası olmayıb. Orta məktəbi ala-yarımçıq qurtarandan sonra rayonun müxtəlif yerlərində fəhləliklə məşğul olub. Lakin rayonda çörək pulu qazanmağın çətin olduğunu görən Famil minlərlə naxçıvanlı kimi üz tutub Bakıya.
Ailəsi ilə birlikdə paytaxta köçən Famil fəhləliklə məşğul olur. Paytaxtın müxtəlif yerlərində gedən tikililərdə fəhləlik edir. Sonuncu iş yeri isə paytaxtın Bülbül prospektində yeni tikilən çoxmərtəbəli bina olur. Yaxın bir dostunun təklifi ilə ora işləməyə gedən Famil orada edəcəyi hərəkət ilə bütün nəslinə, atasına, anasına, ən başlıcası isə yeni qurduğu ailəsinə, hələ dünyaya göz açmamış körpəsinə silinməz bir ləkə yaxır.
İsti bir yay günündə Bülbül prospektində yerləşən çoxmərtəbəli binada tikinti işləri davam edirdi. Binanın bir hissəsi demək olar ki, tikilib qurtarmışdı. Sakinlər də artıq yeni mənzillərinə köçmüşdülər. 5-10 mənzildə isə təmir işləri gedirdi.
Binada çalışan fəhlələr təkcə gündüzlər deyil, gecələr də işləyirdilər. Bunu fəhlələr öz istəyi ilə edirdilər, çünki gecə də işləməyə qalan fəhlənin gündəlik əmək haqqı çox olurdu.
Familin maddi vəziyyəti çətin olduğundan gecələr də işləyirdi. Onunla birlikdə iki dostu gecələr ona kömək edirdi.
“Bunu mənə versəydilər...bilirsən nə edərdim...”
İndi də sizə həmin binada yaşayan sakinlər haqqında danışmaq istəyirəm. Bu binada yaşayanların hamısı maddi baxımdan çox zəngin insanlar idi. Onların hamısının bahalı maşınları, çox gözəl libasları vardı. Hər gün fəhlələr bu varlı, gözəl libaslı sakinlərlə rastlaşırdılar. Bir binada qalmalarına baxmayaraq, fəhlələrlə bina sakinlərinin heç bir əlaqəsi yox idi.
Bu binada Çinarə adlı bir qadın yaşayırdı. 28 yaşında olan Çinarə zahiri görkəm baxımından çox gözəl, boylu-buxunlu bir qadın idi. Onun iri gözləri, qara qaşları, incə beli vardı. Həmişə də açıq-saçıq paltarlar geyinərdi. Çinarə binadakı mənzilində 5 yaşlı oğlu Mahirlə qalırdı. Çinarə ailə qurandan 3 il sonra ərindən ayrılmışdı. Onlar ayrı yaşayırdılar. Çinarənin gənc - Arif adlı sevgilisi də vardı. Onlar tez-tez evdə görüşürdülər. Lakin qonşulardan heç kəs bilmirdi ki, evlərinə gələn bu gənc onun əri deyil, sevgilisidir. Ümumiyyətlə, bu binada bir qonşunun o biri qonşudan xəbəri yox idi.
Çinarə bizneslə məşğul olurdu. O, vaxtının çox hissəsini rəfiqələri və sevgilisi Ariflə keçirirdi. Evə çox gec saatlarda gəlirdi. Hər dəfə evə gələndə binanın girişində fəhlələrlə rastlaşırdı. Fəhlələr də görməmiş kimi onu gözləri ilə mənzilədək süzürdülər. Açıq-saçıq geyimi ilə fəhlələrin ağlını başından almışdı Çinarə. Fəhlələr Çinarədən kəsirdilər. Öz aralarında “bunu mənə versəydilər...bilirsən nə edərdim...” deyirdilər.
“Mənimlə olmalısan, yoxsa...”
Günlərin birində, Famil və dostları yenə Çinarəgilin binasında işləyirdilər. Hava çox isti idi. 14 saat dayanmadan işləyən fəhlələr binanın həyətində sərinləmək üçün oturmuşdular. Famil isə əlində yarım saatlıq iş qaldığından hələ də aşağı enməmişdi.
Saat təxminən gecə 2-dən keçmişdi.
Famil yorulduğunu hiss edib istirahət etmək qərarına gəlir. Üstü başı toz-torpaq içində olan Famil liftlə aşağı düşür. Lift birinci mərtəbəyə çatır, qapı açılır. Bu zaman Famillə Çinarə üzbəüz gəlir. İki göz istəyirdi ki, ona baxsın. Famil gözlərini ondan ala bilmir. Onun ağlına pis fikirlər gəlir. Liftin qapısı açılanda Famil özünü elə itirir ki, liftdən çıxmaq onun yadından çıxır. Çinarə Familin düşməyini gözləməyərək liftə minir. Elə bütün proseslər bundan sonra başlayır. Bir tərəfdən Çinarənin seksual bədən quruluşu, digər tərəfdən istifadə etdiyi ətir Familin ağlını başdan çıxarır. Famil gözünü onun sinəsindən ayırmır. Bütün bunları hiss edən Çinarə heç nəyi vecinə almır. Bir azdan başına gələcəkləri heç təsəvvür də eləmir. Çünki önündəki şəxsin boyu az qala Çinarənin yarısı qədər idi. Elə bir canı-cəsədi də yox idi Familin.
Amma Famil həmin vaxt elə bil, şirə dönmüşdü. Əvvəl əlini Çinarənin sinəsinə aparıb “sənin əlindən kəsirəm, mənimlə olmalısan, yoxsa...”deyir. Çinarə Famili itələyib “neqodyay, idi k çort” cavabını verir.
Lakin Familin gözü dönmüşdü. Həmin dəqiqə onun ağlından yalnız bir şey keçirdi. O da Çinarəyə sahib olmaq. Çinarə vəziyyətin çıxılmazlığını görüb Famillə yumşaq danışmağa başlayır. Lakin Famili fikrindən döndərə bilmir. Çinarə bilir ki, qışqırsa da ona kömək edən olmayacaq. Çünki, binanın ən axırıncı mərtəbəsində yaşayırdı, qonşuları isə aşağı mərtəbələrdə olurdu. Yuxarı mərtəbələrə isə bir-iki ailə köçmüşdü. Qışqırsa da, ona hay verən olmayacaqdı.
Qadını zorlayandan sonra 16-cı mərtəbədən atır
Familin də bundan xəbəri var idi. Bilirdi ki, Çinarəyə nə etsə, heç kim onun köməyinə çata bilməyəcək. Ona görə də Famil lifti ən axırıncı mərtəbəyə qaldırır, Çinarəni təmir elədiyi evə aparır. Mənzilə daxil olanda Çinarə Familə bu əməlindən əl çəkməyi xahiş edir. Hətta bunun müqabilində ona çoxlu pul verəcəyini də vəd edir. Lakin Famil bu deyilənlərə reaksiya vermir. Çinarə çantasında olan 3500 manat və 1500 ABŞ dolları məbləğindəki pulu Familə uzadaraq “al bu pulu, məndən əl çək, qoy, gedim evə, körpəm var” deyir.
Bütün bu sözləri deyəndə Famil Çinarənin titrəyən bədənini süzürdü. Birdən o, “nə edirsən et, bu gün mənim olacaqsan, başqa yolu yoxdu” deyib Çinarənin üstünə yeriyir. Çinarə nə qədər müqavimət göstərsə də, Familin çirkin əməlinə mane ola bilmir. Famil Çinarəni əynindəki köynəyi cırıb əynindən çıxarır. Sonra onu toz-torpaq içində olan bir neçə qat karton kağızının üzərinə uzadaraq onunla zorla cinsi əlaqədə olur. Familin ehtirası o qədər güclü olur ki, o, bu əməlini 4 dəfə təkrarlayır.
Çinarə isə ağlaya-ağlaya “bu elədiklərin əvəzsiz qalmayacaq, səni həbsxanalarda çürüdəcəyəm, burda mənə elədiyini, orda da sənə edəcəklər” deyirdi. Bu söz Familə hələ çatmırdı. Lakin murdar əməlini bitirdikdən sonra Famil ayılır. Çinarənin dedikləri onun qulağında bir də səslənir. Famil ehtirasının şokundan ayılmamış, onu gözləyən aqibətin şokuna düşür. Gözünə pəncərənin qırağına qoyduğu çəkic ilişir. Famil çəkici götürüb Çinarənin üstünə şığıyır. Əlindəki çəkiclə Çinarənin başından bir neçə zərbə endirir. Onsuz da şokda olan Çinarə indi huşunu itirir. Famil isə mənzildə o başa, bu başa gəlib-getməyə başlayır. Famil Çinarədən qurtulmaq üçün yol axtarır. Nəhayət, belə qərara gəlir ki, qadını pəncərədən aşağı atsın. Belə də edir. O, Çinarənin bir təhər pəncərəyə tərəf gətirib oradan aşağı buraxır. Daha sonra çantasındakı pulları, sənədləri, mobil telefonu götürüb boş çantanı Çinarənin arxasınca aşağı buraxır. Özü isə aşağı, dostlarının yanına düşür.
Dostları ilə bir saat söhbətləşəndən sonra Famil evinə yollanır. Evə gələndə onu arvadı Fidan qarşılayır. İçəri girəndən sonra üstündə olan pulları cibindən çıxararaq arvadına verir. Fidan onda bu qədər pulun haradan olduğunu soruşur. Famil ona pulun dostunun olduğunu, müvəqqəti onda qaldığını söyləyir. Ertəsi gün Famil həmin puldan bir qədər götürüb işə gəlir. İşdən günorta vaxtı çıxıb fəhlə dostları ilə birlikdə restorana yeyib içməyə gedirlər. Famil heç nə olmamış kimi həmin pulları xərcləyir.
Artıq Çinarənin belə yubanması evlərində narahatçılığa səbəb olmuşdu. Kiçik Mahir və Çinarənin həmin vaxt evdə olan anası Sevinc Çinarənin yubanmasından narahat olub onun rəfiqəsi Ayselə zəng edirlər. Aysel Çinarənin bir-iki saat əvvəl onlardan ayrıldığını söyləyir. Anası şübhələnərək polisə zəng edir. Qızının axşam saatlarında evdən çıxdığını söyləyən Sevinc Çinarənin evə qayıtmadığını bildirir. Gecə Çinarənin bütün qohum əqrəbaları, rəfiqələri onlara axışır. Çinarədən isə bir səs xəbər çıxmır. Onun telefonuna da zəng çatmır.
Hadisənin ertəsi gün Çinarənin meyiti yaşadığı binanın qarşısından aşkarlanır. Hadisə yerinə dərhal rayon prokurorluğunun müstəntiqi və polis əməkdaşları gəlirlər. Çinarənin cəsədi dərhal ekspertizaya göndərilir. Ekspertiza nəticəsində müəyyən olunur ki, Çinarə zorlanıb və yüksək hündürlükdən yerə çırpılıb.
Dərhal istintaq qrupu yaradılır. Həmin gün binada çalışan bütün fəhlələr, Çinarənin sevgilisi Arif, hətta keçmiş əri Oqtay da istintaqa cəlb olunur. Onların hamısının ifadələri alınır. Famil verdiyi ifadə də Çinarəni üzdən tanıdığını, onunla heç bir əlaqəsi olmadığını söyləyir. Ekspertizanın rəyi məlum olana qədər istintaq tərəfi istintaqa cəlb olunan şəxslərin heç birini buraxmır. Nəhayət, ekspertizanın rəyi açıqlanır. Çinarənin üzərindən götürülən sperma örnəklərin istintaq cəlb olunan şəxslərin sperma örnəkləri ilə tutuşdurulur. Müəyyən olunur ki, həmin gecə Çinarə ilə cinsi əlaqədə Famil olub. Lakin Famil bütün bunları danır. Bir müddətdən sonra isə o, hər şeyi etiraf edir.
Familin özü də ekspertizaya göndərilir. Ekspertiza nəticəsində onun HİV virusu daşıyıcısı olduğu da məlum olur.
Hazırda Familin törətdiyi cinayət əməlinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır. Məhkəmə ifadə verən Famil törətdiyi əməldən peşman olduğunu söyləyir. Hakim ondan törətdiyi hadisənin təfərrüatları barədə danışmasını istəyəndə, Famil bu haqda danışmağa utandığını söyləyir. Prosesə gələn Familin valideynləri isə onun bu cinayəti törətdiyinə inanmır. Onlar deyirlər ki, Famil kiminsə cinayətini öz boynuna götürür.
Qeyd edək ki, Famil Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 144.3-cü (adam oğurluğu), 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 150.3.2-ci (seksual xarakterli hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 181-ci (quldurluq) və 326.2-ci (Vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, Famil həbs olunandan sonra onun oğlu dünyaya gəlib.
P.S Famili bu maddələrlə ən azı 15 il həbs cəzası gözləyir.
Fərid Əkbərov

1174