Qəza zamanı stansiya və tunellərdə 13 min sərnişin qalıb
“Bu cür hadisələr vaxtı sərnişinlərin özləri müəyyən stressə düşə bilər, müəyyən dərəcədə halsızlıq da ola bilər. Belə hallar dünən qatarların hərəkətində fasilə yaranan zaman var idi. Ancaq bu, adi haldır”.
Lent.az-ın xəbərinə görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov fevralın 9-da baş verən enerji qəzası ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə deyib. “Çünki əgər tuneldə və stansiyalarda ümumilikdə təqribən 12-13 min nəfər sərnişin var idisə, bunlardan bir neçəsinin halsız olması adi haldır. Ancaq buna baxmayaraq, 20 dəqiqə ərzində sərnişinlər çıxarıldı. Ən uzun proses “Əzizbəyov” və “Ulduz” stansiyaları arasında oldu. Bu stansiyalar arasında məsafə 2,7 kilometrdir. Ən axırıncı sərnişin də məhz oradan çıxarıldı” – deyə, o əlavə edib.
Xatırladaq ki, fevralın 9-da elektrik enerjisinin kəsilməsilə əlaqədar olaraq saat 12.00 radələrindən etibarən təxminən 2 saat yarım müddətində Bakı Metropoliteninin iş qrafikində fasilə yaranıb.
Pərvin ABBASOV

411