Tağı Əhmədov “Azərenerji” ni günahlandırdı
Bakı şəhərində elektrik enerjisinin dayandırılması ilə bağlı Bakı Metropoliteninin stansiyalarında yaranmış problem hələ aradan qaldırılmayıb. Hazırda heç bir stansiyada sərnişinlərin içəri daxil olmasına icazə verilmir. İçəridə qalmış sərnişinlər isə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə çıxarılır.
Bakı Metropolitenin rəisi Tağı Əhmədov Lent.az-a bildirib ki, elektrik enerjisi verilişinin bərpa olunmasına baxmayaraq, stansiyalarda qatarların hərəkət etmir. Səbəb enerjinin qəfil kəsilməsi nəticəsində işarəverici qurğularda sistemin pozulmasıdır.
Tağı Əhmədov baş verənlərə görə “Azərenerji” Səhmdar Cəmiyyətini günahlandırıb. “Mən indi burda oturub problemin nədən yarandığını söyləyəsi deyiləm ki! Mənim öz işim-gücüm var, gedin “Azərenerji”dən soruşun ki, niyə belə olub?”.
Bakı Metropoliteninin rəisi stansiyalarda qatarların hərəkətinin nə vaxt bərpa olunacağına dair sualımıza cavab verməyib. O, “başının qarışıq olduğunu” söyləyərək, telefonu qapadıb.
Elxan SALAHOV

919