Hacıbala Abutalıbovun evinin qarşısında kanalizasiya qəzası
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun paytaxtın Nəsimi rayonundakı evinin qarşısındakı küçədə kanalizaziya “lük”ları daşıb. Bu barədə Lent.az-a H.Abutalıbovun qonşularından biri məlumat verib. Lent.az-ın əməkdaşı olay baş verən ünvana gedib. Ərazidə yaşayan sakinlər müxbirlə söhbətində H.Abutalıbovun həqiqətən də həmin ünvanda yaşadığını təsdiqləyib: “Bu dördmərtəbəli binanın birinci mərtəbəsi bütövlükdə şəxsən Hacıbala müəllimindir”.
Nəsimi rayon İcra Hakimiyyətinin 50 addımlığındakı binanın birinci mərtəbəsi elə Hacıbala Abutalıbovun adına layiq görkəmdədir və qonşuluqdakı binaların birinci mərtəbələrindən xeyli fərqlənir: təmirlidir və bütün pəncərələrə standart, səliqəli şəkildə dəmir qoruyucular vurulub.
Ərazidə olarkən məlum olub ki, bu küçədə iki gün əvvəl 3 “lük” daşıb, ərazi zibil və kanalizasiya sularıyla dolu gölə dönüb. H.Abutalıbovun evinin yanındakı evin zirzəmisindəki kafe isə su ilə dolub, kafe sahibi külli məbləğdə ziyana düşüb. Bu halı həmin evin zirzəmisindəki digər sahibkarlar da yaşayıb. Kafe işçisi müxbirlə söhbətində H.Abutalıbovun yaşadığı binanın zirzəmisinin də su ilə dolduğunu bildirib. Belə ki, daşan “lük”lar bir-birinə yaxın məsafədə yerləşir, biri isə düz H.Abutalıbovun yaşadığı binanın qarşısındadır.
“Lük”ların daşmasından sonra müvafiq sahənin - “Azərsu” SC-nin məsul şəxsləri və fəhlələri əraziyə gələrək kanalizasiya xətlərini təmizləməyə çalışıb. Hətta təmizləyiblər də. Lakin tam yox. Belə ki, küçədəki sular kanalizasiya xətlərilə axıb getsə də, “lük”lar hələ də doludur.
Lent.az-ın əməkdaşı bu gün ərazidə olarkən saat 18.00 radələrində yenidən kanalizasiya idarəsinin vəzifəli şəxsləri və fəhlələri, ümumilikdə 10-dan artıq şəxs “Qəza xidməti” maşını ilə ərazidə görünüb. Rəsmi açıqlama verməkdən çəkinən məsullardan biri xətlərin tutulmasına səbəb kimi əhalinin zibilləri də su axıtdıqları yerə tökməsini göstərib.
Yeri gəlmişkən, adətən paytaxtdakı qaynar təmir yerlərində peyda olan H.Abutalıbov evinin qarşısında aparılan təmir yerində görünməyib.
Pərvin ABBASOV

473