Bakı Metropolitenində gərginlik
09 fevral 2010 18:00 (UTC +04:00)

Bakı Metropolitenində gərginlik

Bu gün saat 12.00 radələrində paytaxtın digər yerlərində olduğu kimi, Bakı Metropolitenində də elektrik enerjisinin verilişi kəsilib. Təxminən 30 dəqiqə müddətində metroda qatarların hərəkəti dayanıb. Lent.az-ın “Sahil” metrostansiyasının qarşısında müşahidə aparan əməkdaşının məlumata görə, yarım saatlıq fasilədən sonra elektrik enerjisinin verilməsi bərpa olunub və girişdə dayanan sərnişinlərin bir qrupu içəri buraxılıb. Ancaq bir neçə dəqiqədən sonra qapıdan yenidən bağlanıb. Hazırda “Sahil” metrostansiyasının qarşısında təxminən 300 nəfər sərnişin gözləyir. Ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Stansiyaya giriş və çıxış tamamilə dayandırılıb.

Son məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da stansiyanın qarşısına gəlib, onlar içəriyə daxil olublar. FHN əməkdaşları ətrafda toplaşanlardan uzaqlaşmağı xahiş ediblər. Onlar metronun bu gün işləməyəcəyini bildiriblər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar