Azərbaycanlı qadın ərinin cinsi orqanını kəsdi
İstanbulun Fatih küçəsində Azərbaycan əsilli 37 yaşlı Sürəyya G.K. 40 yaşlı əri Faruk K.-nı baltayla öldürdükdən sonra cinsi orqanını kəsib.
Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, qadın ərinin meyitiylə iki gün evdə qalıb. Hadisənin üstü fevralın 8-i yerli vaxtla saat 15.00-da açılıb və qatil qadın həbs edilib. O, polisə ifadəsində ərinin tez-tez spirtli içki və narkotikdən istifadə etdiyini və ona işgəncə verdiyini bildirib.
Sürəyya G.K. hadisə gününü belə nəql edib: “Həmin gün yenə spirtli içki içib məni döydü. Sonra da gedib yatağa uzanıb yuxuladı. Mən də evdəki baltanı götürüb başına vurdum, sonra da cinsi orqanını kəsdim. Ertəsi gün özümə gələndə nə edəcəyimi bilmədim və iki gün cəsədlə birlikdə otaqda qaldım. Həmin müddət ərzində yalnız bir dəfə siqaret almaq üçün evdən çıxıb yenə geri qayıtmışam”.
Cütlüyün iki il əvvəl evləndiyi məlum olub. Polis araşdırmaları davam etdirir.

883