Prokurorluğun 3 əməkdaşı barəsində cinayət işi başlanıb
2009-cu hesabat ilində müxtəlif pozuntulara yol verdiklərinə görə prokurorluq orqanlarının 65 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilib və onlardan 3-nün barəsində cinayət işi başlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu fevralın 6-da Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov söyləyib.
Zakir Qaralov bildirib ki, Baş Prokurorluğun Təşkilat-Analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

806