Baş prokuror dəm qazından danışdı
08 fevral 2010 18:00 (UTC +04:00)

Baş prokuror dəm qazından danışdı

Son dövrlərdə havaların soyuması ilə əlaqədar qazdan istifadənin intensivliyinin artdığı bir şəraitdə qaz istehlakçılarının müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi ilə nəticələnən hadisələrin sayı mütəmadi olaraq, artmaqda davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunu fevralın 6-da Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Zakir Qaralov söyləyib.

Zakir Qaralov bildirib ki, bu məsələ ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılmış araşdırma nəticələrindən asılı olaraq, səlahiyyətləri dairəsində zəruri işlər görülməsi məqsədi ilə Dövlət Neft Şirkətinin “Azəriqaz ” İstehsalat Birliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Bakı şəhər İcra Hakimiyyətinə məktublar göndərilib, nəticələr və görülmüş tədbirlər barədə baş nazir məlumatlandırılıb.

Tapşırıq verilib ki, Baş Prokurorluğun müvafiq qurumları və Bakı şəhər prokurorluğu, əlaqədar tabe rayon prokurorları tərəfindən bu istiqamətdə məqsədyönlü işlər davam etdirilməklə, qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə başlanmış cinayət işlərinin keyfiyyətli istintaq olunması, bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, mütəxəssislərin iştirakı ilə hadisələrin başvermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran halların aradan qaldırılması təmin edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 706

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15