Azərbaycanın məşhur plastik cərrahı məhkəmə qarşısında
08 fevral 2010 16:00 (UTC +04:00)

Azərbaycanın məşhur plastik cərrahı məhkəmə qarşısında

Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi xəbərə görə, Qasımova Gülarə Allahyar qızı və Qasımova Xatirə İsrafil qızı (onlar ana-baladır) maddi və mənəvi ziyanın ödənilməsi tələbilə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məlum olub ki, C.Əzimzadə tərəfindən cərrahiyyə əməliyyatı olunan şəxslərin hər ikisi əməliyyatdan narazı qalıb. Onlar əməliyyat üçün ödədikləri pulu geri tələb etməklə yanaşı, ondan dəyən mənəvi ziyanı da istəyib. Belə ki, Qasımovalar əməliyyata çəkdikləri 5780 manat və əlavə olaraq dəyən mənəvi ziyan üçün 15 min manat tələb ediblər. Nərimanov rayon Məhkəməsi iddianı qismən – Qasımovalara ümumilikdə 15 min manat ödənilməsini təmin edib.

Onlar isə qərardan narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Plastik cərrah Camal Əzimzadə Lent.az-a açıqlamasında məhkəməyə verildiyini təsdiqləyib: “Məhkəməyə müraciət etmək hər kəsin hüququdur. Ancaq birinci instansiyada onların iddiası təmin olunmayıb”.

Apelyasiya şikayətinə bu həftə baxılacaq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46