Bakı-Sumqayıt yolunda hərəkət dayanıb
Bakı-Sumqayıt magistralında avtomobillərin hərəkəti dayanıb.
Lent.az-ın yolda qalan müxbirinin verdiyi məlumata görə, ilk tıxac Qafqaz Universiteti yaxınlığındakı dairədə yaranıb.
Sərnişin avtobusları və minik avtomobilləri qar və yolların buz bağlaması səbəbindən hərəkət edə bilmir. Bakıya gələn avtomobillərin bir qismi yenidən Sumqayıta geri dönmək istəsələr də, bu da mümkün olmur. Qafqaz Universiteti yaxınlığındakı dairədə yaranan tıxacın uzunluğu 1 kilometrdən artıqdır.
Sərnişinlərin bir qismi, o cümlədən Lent.az-ın müxbiri piyada yollarına davam edərək, Xırdalan qəbiristanlığının yaxınlığına qədər gəliblər. Ancaq Xırdalan qəbiristanlığının yaxınlığında da avtomobillərin böyük tıxacı yaranıb.
Lent.az-ın müxbiri onu da bildirib ki, səhər saat 9:30 radələrində Sumqayıtdan Bakıya Saray yolu ilə gəlmək istəyib. Ancaq Saray qəsəbəsinin içərisindəki yoxuşu avtobus qalxa bilməyib. Orada da böyük tıxac olub.
O deyib ki, sürücülər Sumqayıt-Masazır-Bakı yolunun da bağlı olduğunu bildiriblər.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalının ətrafından başlayan tıxac daha böyükdür və uzunluğu 2 kilometrə çatır. Sərnişin avtobusları və minik avtomobilləri Biləcəri yoxuşunu qalxa bilmirlər.

602