Masallıda trayler aşdı, minlərlə cücə tələf oldu
05 fevral 2010 11:30 (UTC +04:00)

Masallıda trayler aşdı, minlərlə cücə tələf oldu

Dünən axşam saatlarında Ələt-Astara magistralının 160-cı km-də Masallı rayonun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Lent.az-ın bölgə müxbirinin məlumatına görə, İran İslam Respublikasının vətəndaşı Pərviz Paki İlxısının idarə etdiyi “Badisan” markalı THR 86-958 nömrə nişanlı yol avtomobili idarəetməni itirərək, yolun sol tərəfinə aşıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.

Həmçinin hadisə zamanı avtomobildə olan 25 min ədəd xırda cücənin 10 mini ətrafa səpələnərək tələf olub. Qeyd edək ki, yük avtomobilində olan cücələr Salyan rayonundakı broyler fabrikinə məxsus imiş.

İlkin ehtimala görə, hadisə havanın yağmurlu və yolun sürüşkən olması nəticəsində baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırmalar aparılır.

Pərvanə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56