Xırdalanda tikintidə partlayış: xəsarət alanlar var
03 fevral 2010 18:15 (UTC +04:00)

Xırdalanda tikintidə partlayış: xəsarət alanlar var

Abşeron rayonunun Xırdalan şəhərində tikintidə partlayış olub. Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə bu gün Xırdalan şəhəri, 28-ci məhəllədə, “Viləş” MMC-yə məxsus yeni tikilən 5 mərtəbəli binada baş verib. Tikintidə istifadə olunan oksigen balonunun partlaması nəticəsində orada işləyən fəhlələr – 1984-cü il təvəllüdlü Şamil Abbasov, 1985-ci il təvəllüdlü Röyal İsmayılov və 1973-cü il təvəllüdlü Mirəli Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar