Astara bazarında insident
03 fevral 2010 16:30 (UTC +04:00)

Astara bazarında insident

Satıcılar bazarın baş yerə köçürülməsinə etiraz edirlər

Bu gün Astara rayonunda Sahibkar bazarında polislərlə bazarda ticarətlə məşğul olan satıcılar arasında mübahisə yaranıb.


Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mübahisəyə səbəb rayon İcra Hakimiyyətinin bazarı başqa yerə köçürməsi olub. Belə ki, bazarın köçürülməsinə etiraz edən ticarətçilərlə polis arasında qarşıdurma yaranıb. Bazarın müdiri Asif Həziyev onlara xəbərdarlıq edilmədən bazardan çıxarıldıqlarını bildirib. Bazar müdirinin sözlərinə görə, onlara bazardan 200-300 metr aralıda yerləşən bir ərazidə ticarətlə məşğul olmağı söyləyiblər: “Bizə göstərilən yerdə ticarətlə məşğul olmağa şərait yoxdur. 10 ildən çoxdur ki, 500-600 nəfər buradan çörək qazanır”.


A.Həziyev artıq bazarın 15-20 kv metr ərazisini dağıdıldığını da bildirib.


Rayon İcra Hakimiyyətinin birinci müavini Məzahim Hüseynov isə Lent.az-a bildirib ki, 2 il əvvəl bazarda ticarətlə məşğul olanlara onların başqa yerə köçürüləcəyi ilə bağlı xəbərdarlıq edildiyini bildirib: “Bazarda antisanitariya hökm sürür. Yerləşdiyi ərazi də əlverişli deyil. Düz yolun kənarında yerləşir. Rayona gələn qonaqları narahat edir”.

P. Əli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar