Lənkəranda daş dolu “KAMAZ” aşdı
03 fevral 2010 13:15 (UTC +04:00)

Lənkəranda daş dolu “KAMAZ” aşdı

Fevralın 3-də Lənkəranda mişar daşı yüklənmiş “KAMAZ” aşıb. Hadisə səhər saat 9 radələrində Ələt-Astara yolunun 213-cü kilometrliyində baş verib.

Astara rayonunun Ərçivan kənd sakini, 1952-ci il təvəllüdlü Ramiz Ağayev idarə etdiyi “KAMAZ” markalı maşını Astara istiqamətində hərəkətdə olarkən Lənkəranın Səpnəkəran kəndi ərazisində aşırıb. Maşının içindəki mişar daşları yolun kənarına tökülüb.

Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Sürücünün dediyinə görə, hərəkət edərkən qəflətən yola inək çıxıb və maşını kənara çəkmək istədikdə qəza baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

Pərvanə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar