11500 manata görə qohumunu baltaladı
Göygöl rayonunda qətl hadisəsi baş verib
Göygöl rayon Polis şöbəsi əməkdaşları qohumunu qətlə yetirən Göygöl sakinini yaxalayıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə rayon Polis şöbəsinin rəis müavini Habil Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, Göygöl rayon Yeni Qızılca kənd sakini Nağıyeva Vəfa Ayaz qızı Polis şöbəsinə ərizə ilə müraciət edərək, atası Nağıyev Ayaz Həsənqulu oğlunun ötən ilin noyabrından itkin düşdüyünü bildirib. Yaradılan əməliyyat-istintaq qrupunun araşdırmaları nəticəsində şəxsin qətlə yetirildiyi məlum olub. Ölən şəxsin qohumu, həmkəndlisi və yanında sürücü kimi fəaliyyət göstərən Nağıyev Zaur Yaqub oğlu Bakı şəhərində saxlanılaraq, şöbəyə gətirilib. O, qohumunu tamah ucbatından qətlə yetirdiyini etiraf edib.
Zaur Nağıyev bildirib ki, Ayaz Nağıyevi üzərində olan 11500 manatı götürmək üçün öz evində bıçaqla yaralayıb, daha sonra isə balta ilə vuraraq, öldürüb. Meyiti və baltanı bir ay yarım saxlayandan sonra, Şəmkir Su Elektrik Stansiyasının gölünə atıb. Meyit və balta deyilən ərazidən tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə iş açılıb.
Vüsalə Cənnətova

475