Yeni tikilən binada partlayış, 3 yaralı
03 fevral 2010 10:30 (UTC +04:00)

Yeni tikilən binada partlayış, 3 yaralı

Abşeron rayonunun Xırdalan şəhərində tikintidə partlayış olub.


Bu barədə APA-ya Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.


Hadisə bu gün Xırdalan şəhəri, 28-ci məhəllədə, “Viləş” MMC-yə məxsus yeni tikilən 5 mərtəbəli binada baş verib. Tikintidə istifadə olunan oksigen balonunun partlaması nəticəsində orada işləyən fəhlələr – 1984-cü il təvəllüdlü Şamil Abbasov, 1985-ci il təvəllüdlü Röyal İsmayılov və 1973-cü il təvəllüdlü Mirəli Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar