Sabir Rüstəmxanlını ölümlə hədələyən nardaranlı azadlıqda
Hacı Hikmət Vəliyevin həbs müddəti başa çatıb
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsirli bilinərək bir il müddətinə həbs cəzasına məhkum edilən Nardaran qəsəbə sakini Hacı Hikmət Vəliyev azadlığa buraxılıb.
Bu barədə APA-ya Nardaran sakinləri məlumat veriblər. Hacı Hikmət Vəliyev bu gün həbs müddətini başa vuraraq cəzaçəkmə müəssisəsindən evə buraxılıb.
Qeyd edək ki, onunla birgə həbs olunan Hacı Əli Hüseynov yanvar ayında həbsdən azad edilib.
Xatırladaq ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev VHP sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verildiyini bildiriblər. Mitinqdə səslənmiş hədələrlə bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə başlanan cinayət işi üzrə məhkəmənin qərarı ilə hər iki şəxs 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

428