9 yaşlı qız ana oldu
02 fevral 2010 10:30 (UTC +04:00)

9 yaşlı qız ana oldu

Çində hər kəsi şoka salan olay baş verib.

Lent.az-ın “‘City Evening News” dərgisinə istinadən verdiyi məlumata görə, Çançun şəhərində 9 yaşlı qız sağlam oğlan uşağı dünyaya gətirib.

O, həkimlərin cərrahi müdaxiləsi ilə doğuşu həyata keçirib. Uşağın çəkisi 2 kiloqram 750 qramdır. Ana və uşağın durumu yaxşıdır. Çində yetkinlik yaşına çatmayan uşaqların hamiləliyi qadağandır, xəstəxanadan da jurnalistlərə hər hansı açıqlama verilməyib.

Qızın ailəmi artıq polisə müraciət edib və polis uşağın atasını həbs etmək üçün axtarışa başlayıb. Çin qanunlarına görə, 14 yaşa qədər qızlarla cinsi əlaqədə olmaq zorlama sayılır və belələri edam cəzasına məhkum edilirlər.

Ümumiyyətlə, Çində qızların hamilə qalması və abort etdirmələrinin sayı ili-ildən artır. Bu ölkədə aborta üz tutan qızların 30 faizi məktəblilərdir. Kollec və texniki məktəblərin tələbə qızlarının 50 faizi də hamiləlik yaşayır.

Çin tarixində ən gənc valideynlər 1910-cu ildə qeydə alınıb. Həmin vaxt atanın 9, ananın 8 yaşı olub. SSRİ-də isə ən gənc ananın 6 yaşı olub. Xarkovda yaşayan həmin qızı babası zorlayıbmış. 2000-ci ildə Rostovda da 8 yaşlı qız dünyaya qız uşağı gətirib. Onun atası 13 yalı oğlan olub.

Dünyada ən gənc ananın isə 5 yaşı olub. Perunun paytaxtı Limada yaşayan Lina Medina 1939-cu ildə bu rekorda imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973

Oxşar yazılar