Bakıda iki marşrut avtobusu toqquşdu, ölənlər var
01 fevral 2010 16:45 (UTC +04:00)

Bakıda iki marşrut avtobusu toqquşdu, ölənlər var

Fevralın 1-də Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, saat 7:30 radələrində Binəqədi yolunda, Poladəritmə zavodunun yaxınlığında, “Emil Petrol” yanacaqdoldurma stansiyasının qarşısında 285 saylı marşrutla işləyən iritutumlu avtobus başqa bir marşrut avtobusu ilə toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hazırda hadisə yerində təcili tibbi yardım maşınları və yol polisi işləyir.

Yolda avtomobillərin hərəkəti çətinləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar