Bakıda 9 yaşlı oğlanın zorlanması ilə bağlı məhkəmə başladı
01 fevral 2010 12:00 (UTC +04:00)

Bakıda 9 yaşlı oğlanın zorlanması ilə bağlı məhkəmə başladı

Fevralın 1-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlamada ittiham olunan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda zorlamada təqsirli bilinən Famil Eyyubov, Firuz Eyyubov və Cavid Əmrahovun cinayət işi üzrə məhkəmə baxışı fevralın 11-nə təyin olunub.

İttihama görə, Qaradağ rayonu Korgöz qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Davud Vəzir oğlu Kərimov 9 yaşlı qonşusu Mahiri (ad şərtidir) zorlayıb.
Belə ki, D. Kərimov azyaşlı uşağı qaranlıq bir yerə apararaq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Hadisədən xəbər tutan azyaşlı oğlanın atası və qohumları D.Kərimovdan qisas alıblar.

Mahirin atası 1974-cü il təvəllüdlü Firuz Eyyubov, əmisi, 1978-ci il təvəllüdlü Famil və yaxın qohumu Cavid Əmrahov D.Kərimovu maşınla qəsəbədən kənar bir yerə gətiriblər. Orada D.Kərimovu əvvəlcə döyərək, ölümcül hala salıblar. Daha sonra isə qardaşlar növbə ilə onunla cinsi əlaqədə olublar.

Hər iki tərəf Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə müraciət edib və zərərçəkmiş olduqlarını iddia edib.

Qeyd edək ki, bu işdə zərərçəkən kimi tanınan Davud Kərimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası da bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilib. Hakim Ağababa Babayevin sədrliyi ilə keçirilən iclasda D.Kərimovun cinayət işi üzrə məhkəmə baxışı fevralın 11-nə təyin olunub.




Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539

Oxşar yazılar