Marşrut qəzasında yaralanan 2 qardaş evə buraxılıb
01 fevral 2010 11:45 (UTC +04:00)

Marşrut qəzasında yaralanan 2 qardaş evə buraxılıb

Bu gün paytaxtın Binəqədi rayonunda baş verən marşrut qəzasında yaralananların bəziləri evə buraxılıb.


Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilib ki, qəzadan sonra mərkəzə yerləşdirilən Tərlan və Tərzan Aydınov qardaşları ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digər yaralanan Natiq Şirinovun vəziyyəti isə ağır olaraq, qalır. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza nəticəsində xəsarət alan digər yaralılar isə paytaxtın digər xəstəxanalarına yerləşdirilib.


Qeyd edək ki, bu gün saat 7:30 radələrində Binəqədi yolunda, Poladəritmə zavodunun yaxınlığında, “Emil Petrol” yanacaqdoldurma stansiyasının qarşısında 165 və 106 saylı marşrutla hərəkət edən avtobuslar toqquşması nəticəsində 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb. .


Qəzada ölənlər “Daewoo” markalı 106 nömrəli marşrutun sürücüsü, 1954-cü il təvəllüdlü Rasim Seyfullayev, 165 nömrəli, “İveco” markalı 165 nömrəli marşrutun sürücüsü, 1967-ci il təvəllüdlü Əhmədov Ağabala Surxay oğlu, sərnişinlər 1950-ci il təvəllüdlü Quliyeva Minəxanım Ağaqulu qızı, 1983-cü il təvəllüdlü Məlikov Murad Teymur oğlu və şəxsiyyəti hələlik məlum olmayan 45-50 yaşlarında bir kişi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar