Avtobus qəzası 200 min dollar ziyan vurub
Nəqliyyat Nazirliyi “Daewoo” markalı avtobusu 156 min, “Otoyol”u isə 42 min dollara almışdı
Bu gün səhər Bakıda iki sərnişin avtobusunun qəzaya uğraması təkcə insan itkisi ilə nəticələnməyib. Hər iki avtobusun yararsız hala düşməsi nəticəsində Nəqliyyat Nazirliyinə və sahibkarlara 200 min dollara yaxın ziyan dəyib.
Lent.az-ın məlumatına görə, hər iki avtobus ötən il Nəqliyyat Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına ölkəyə gətirilib. Azərbaycan hökuməti “Daewoo” markalı avtobusun hər biri üçün 156 min, “Otoyol”un qiyməti 42 min dollar ödəyib. Sonra bu nəqliyyat vasitələri kredit yolu ilə sərnişin xidməti göstərən şirkətlərə satılıb.
Qəzaya uğramış hər iki avtobus “Transgeyt” şirkətinə məxsusdur. Onlardan biri – “Daewoo” 106, “Otoyol” ilə 165 saylı marşrut üzrə işləyirdi. Nəqliyyat Nazirliyindən aldığımız məlumata görə, hər iki marşrut üzrə işləyən avtobusların hamısı, o cümlədən bu gün qəzaya uğramış “Daewoo” və “Otoyol” sığorta xidməti orqanlarında sığorta olunub.
Xatırladaq ki, qəza nəticəsində yararsız hala düşmüş “Otoyol” 23 sərnişin tutumuna malikdir. Bu sərnişin avtobuslarında əlillər üçün də yerlər nəzərdə tutulub. “Daewoo” avtobuslarında isə 38 oturacaq yeri var. Ən son texniki nailiyyətlərin tətbiq edildiyi və uzunluğu 11,8 metr olan “Daewoo”ların hər biri ilə 98 sərnişin daşımaq mümkündür. Bu avtobuslar xüsusi funksiyalara malikdir. Avtobuslarda avtomatik idarəetmə, siqnalizasiya, hərəkətin tənzimlənməsi və digər sistemlər mövcuddur. Bundan başqa dayanacaqda düşmək istəyən sərnişin oturacaqlardakı “Dayan” düyməsini basmaqla sürücüyə xəbərdarlıq edə bilər.
Hər iki markadan olan avtobusların dairəvi yollarda rahat və təhlükəsiz hərəkət etməsi üçün geniş yollar tələb olunur. Amma görünür, paytaxt Bakıda yolların geniş və rahat olması yetərli deyil. Həm də peşəkar sürücülər lazımdır ki, sərnişinlərin həyatını təhlükəyə atılmasın.
Ən son məlumatlarda avtobus qəzası nəticəsində ölənlərin sayının 5, yaralıların isə 8 nəfər olduğu bildirilir. Yaralılardan birinin vəziyyəti ağırdır və hazırda Kliniki Tibbi Mərkəzdə reanimasiya şəraitində müalicə alır.
Elxan SALAHOV

678