Avropa Şurasında Səməd Seyidovun "dublyonka"sını oğurlayıblar
29 yanvar 2010 17:30 (UTC +04:00)

Avropa Şurasında Səməd Seyidovun "dublyonka"sını oğurlayıblar

Yanvarın 28-də Avropa Şurasının Fransanın Strasburq şəhərindəki binasında hamını təəccübləndirən bir hadisə baş verib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun "dublyonka"sı oğurlanıb. (“Azadlıq” radiosu)

Hadisə sözügedən mötəbər təşkilatda şok effekti doğurub.

Dublyonkanın dəyərinin 3 min ABŞ dolları olduğu deyilirdi.

S.Seyidovun özü məlumatı təsdiqləyib və deyib ki, Avropanın mərkəzində, özü də belə nüfuzlu təşkilatda başına belə bir iş gələcəyini ağlına da gətirməzmiş.

Onun dediyinə görə, hadisə binanın zallarının birindəki toplantı zamanı baş verib, onun "dublyonka"sı zaldan "yoxa çıxıb". Səməd müəllimin söylədiyinə görə, toplantıda AŞPA əməkdaşları və deputatlarından başqa heç kim yox imiş.

Binanın daxilində təhlükəsizlik kameraları olmadığı üçün "dublyonka"nın axtarışı çətinləşib.

S.Seyidov gödəkçənin dəyərinin 3 min dollar yox, 500-600 manat olduğunu deyib və əlavə edib ki, sessiyanı oğlunun qara gödəkçəsi ilə yola verməyə məcburdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21