Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə cəza istənilib
29 yanvar 2010 12:30 (UTC +04:00)

Rail Rzayevin yaşadığı binanın mühafizəçisinə cəza istənilib

O, dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirləndirilir


Yanvarın 29-da Yasamal rayon Məhkəməsində Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilən gün yaşadığı binanın mühafizəçisi olmuş Elşən Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, hakim Fuad Talışinskinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı məhkəmədən Elşən Eyvazovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses müdafiə tərəfinin çıxışı ilə fevralın 3-də davam etdiriləcək.


İttihama görə, E.Eyvazov 2006-cı ilin mayında ailəsinə ünvanlı sosial yardım almaq üçüm sənədləri saxtalaşdırıb. Eyni zaman da onun avtomobilindən narkotik vasitə olan tiryək də aşkarlanıb.


E.Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 178.2.4-ci (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.



Qeyd edək ki, Elşən Eyvazov Rail Rzayevin yaşadığı binada mühafizəçi kimi çalışıb. 2009-cu il fevralın 11-də Rail Rzayev qətlə yetirilənə qədər E.Eyvazov növbədə olub. R.Rzayevin qətlindən sonra - fevralın 17-də Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən E. Eyvazov saxlanılıb və R.Rzayevin qətli ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.


Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. Cinayət işinin Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu araşdırır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 331

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21