Məşhur sənətçimizin üçüncü böyrəyi çıxarıldı – EKSKLÜZİV
“Kəsilən böyrəyim heç kimə köçürülməyib”
Azərbaycanın məşhur nağara ifaçısı, Dövlət Rəqs Ansamblının üzvü Ağaməmməd Allahverdiyevin cərrahiyə əməliyyatı olunub. Bu barədə Lent.az-a açıqlamasında nağaraçı özü məlumat verib. A.Allahverdiyev əməliyyatın Əsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yerli həkimlər tərəfindən həyata keçirildiyini bildirib. Əməliyat iki saat yarım müddətində davam edib və uğurla başa çatıb: “Əməliyyat edib üçüncü böyrəyimi çıxardılar. Həkim əvvəlcə bir qədər şübhələnmişdi ki, bu, böyrək deyil, bəlkə də “kista”dır. Ancaq əməliyyat zamanı bunun inkişafdan dayanmış böyrək olduğu məlum olub. Üçüncü böyrəkdə hətta daş da tapılıb”.
Üçüncü böyrəyini görmədiyini deyən A.Allahverdiyev onun yalnız qardaşına göstərildiyini bildirib: “İstifadəyə yararlı olmadığından kəsilən böyrək heç kimə köçürülməyib”.
O, hazırda özünü çox yaxşı hiss etdiyini bildirib.
Xatırladaq ki, A.Allahverdyiev bir neçə gün əvvəl bel ağrıları ilə həkimə gedib. Həkim onu müayinə etdikdən sonra əməliyyata ehtiyac olduğunu bildirib.
A.Allahverdiyev 1960-cı ildə anadan olub. O, 2004-cü ildən Dövlət Rəqs Ansamblının üzvüdür.
Pərvin ABBASOV

477