DİN türkiyəli mafioz qardaşların Bakıda həbs olunduğunu təsdiqlədi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Türkiyədə bir sıra ağır cinayətlər törədərək ölkədən qaçan şəxslərin Bakıda tutulması barədə məlumatı təsdiqləyib.
DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazirlik tərəfindən cinayətkarlığa qarşı mübarizə sahəsində milli qanunvericiliyin və beynəlxalq konvensiyaların müddəaları, hökumətlərarası və idarələr arası müqavilələr rəhbər tutularaq, xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə qarşılıqlı hüquqi yardım çərçivəsində fəaliyyət cari ildə də məqsədyönlü şəkildə davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərlə, 2004-cü ildən cinayətkar birlik yaratmaq və adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstanbul Ağır Cəza məhkəməsi tərəfindən barələrində həbsli beynəlxalq axtarış elan edilmiş Türkiyə vətəndaşları Mehmet Sena Söyləməz, qardaşı Faysal, yaxının qohumları Dəniz Daşdəmirin Bakıya gələrək, Nərimanov rayonu ərazisindəki mənzillərdən birində kirayədə yaşadıqları müəyyənləşib.
Yanvarın 26-da həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adları çəkilən şəxslər yaxalanıblar. Onların üzərindən də qaldıqları mənzildən 3 ədəd saxta pasport, Ermənistan, Suriya, İraq, ABŞ və Türkiyə dövlətlərinin milli valyutaları, siyasi ədəbiyyat, xarici mobil operatorlara məxsus sim kartlar, çoxlu sayda sənəd və xəritə aşkarlanaraq götürülüb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Türkiyə mətbuatı 2004-cü ildə Türkiyədə “Söyləməz Qardaşları dəstəsi” kimi tanınan mütəşəkkil cinayətkar dəstənin məhkəməsi zamanı qaçan və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Mehmet Sena Söyləməz və Mehmet Faysal Söyləməz qardaşlarının Azərbaycanda yaxalandığı barədə məlumat yayıb. Məlumata görə, 6 ildir ki, axtarışda olan qardaşlar dəstə üzvü olan digər bir nəfərlə Bakıda ələ keçiblər.
İnterol ilə əlaqə saxlayan İstanbul polisi Söyləməz qardaşlarını təslim almaq üçün Azərbaycana bir qrup göndərib.
Bu dəstə İstanbulun Eminönü rayonunun sabiq bələdiyyə sədri Əhməd Çətinkayaya sui-qəsd həyata keçirib, sabiq millət vəkili Sədat Bucağın tayfası ilə silahlı qarşıdurmaya gedib. Qardaşların rəhbərlik etdiyi cinayətkar qruplaşma 2003-cü ildə Muş vilayətinin Şəkər Fabrikini 5.8 trilyon lirəyə alan İrfan-Kudbettin Altay qardaşlarını öldürüblər. Həmin il Türkiyə polisi Söyləməz qardaşlarını və cinayətkar qruplaşmanın digər üzvlərini ələ keçirmək üçün Türkiyənin 16 rayonunda eyni vaxtda əməliyyat keçirib.
30 nəfər dəstə üzvü ələ keçib. Məhkəmədə dəstənin 4 üzvü barədə həbs qərarı çıxarılıb, Sena və Faysal Söyləməz qardaşları isə sərbəst buraxılıb. Prokurorluğun etirazından sonra qardaşların həbsi barədə qərarı çıxarılıb. Ancaq qardaşlar yoxa çıxıblar.
Fərid

680