Qızını zorlayan ataya 14 il həbs
Yanvarın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə öz qızını zorlamaqda təqsirləndirilən Bakı şəhəri sakininin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Baba Quliyevə hökm oxunub. Hökmə əsasən B.Quliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il avqustun 31-də Xətai rayon sakini B.Quliyev öz qızı, 14 yaşlı Aynuru (adı şərtidir) zorlayıb. Bu barədə Xətai Rayon Polis İdarəsinə Aynurun anası məlumat verib. Onun şikayət əsasında B.Quliyev tutulub.
B.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

659