ŞOK! İmam Əlinin şəkli olan xalçada narkotik tutuldu!
Astara Gömrük İdarəsində narkotik qaçaqmalçılığı ilə bağlı tükürpədici bir fakt aşkarlanıb. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, ata öz azyaşlı qızlarından narkodaşıyıcı kimi istifadə edib. Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana ailə üzvləri ilə birlikdə gələn İran vətəndaşı Nahani İsgəndər Bəhram və qızları Həbibi Nahani İsgəndər, Mobina Nahani İsgəndər, Sevda Nahani İsgəndər gömrük nəzarətindən keçirilərkən, ailənin azyaşlı uşaqlarının - Həbibi Nahani İsgəndər və Mobina Nahani İsgəndər əyninə geyindiyi qara rəngli paltarın altından hər birindən 2 bağlamada olmaqla ümumi xalis çəkisi 2015 qram narkotik vasitə olan heroin, Sevda Nahani İsgəndərin isə əyninə geyindiyi qırmızı paltarın altından 4 ədəd bağlamada olmaqla ümumi xalis çəkisi 1010 qram narkotik vasitə həşiş qətranı aşkar edilərək, götürülüb.
Qeyd olunan fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü məddələri ilə cinayət işi başlanaraq, istintaq aparılıb.
İstintaq zamanı müəyyən edilib ki, İran İslam Respublikasının vətəndaşı Nahani İsgəndər Bəhram İranın Astara şəhərində olarkən şəxsiyyətləri istintaqla müəyyən edilməsi mümkün olmayan “Behnam Ətai”, “Farabi” və “Kamran” adlı şəxslərlə və qeyriləri ilə qabaqcadan əlbir olub qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanılması barədə sövdələşərək cinayət əlaqəsinə girib. O, “Behnam Ətai” və “Farabi” adlı şəxslərdən Azərbaycanın Astara rayonunda “Kamran” adlı şəxsə çatdırmaq məqsədilə 2015 qram çəkidə narkotik vasitə olan heroini və 1010 qram narkotik vasitə həşiş qətranını satış məqsədi ilə əldə edib, saxlayıb və ailə üzvləri ilə birlikdə Azərbaycana gələrkən həmin narkotik vasitələri azyaşlı qızlar Həbibi Nahani İsgəndər, Mobina Nahani İsgəndər, Sevda Nahani İsgəndərin üzərində gizlədib, Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərib.
Bu hərəkətləri ilə İran İslam Respublikasının vətəndaşı Nahani İsgəndər Bəhram Azərbaycan CM-nin müvafiq məddələri ilə cinayət əməlləri törədib, Yasamal rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Astara Gömrük İdarəsində aşkarlanan daha bir fakt isə narkoişbazların öz çirkin məqsədlərinə çatmaq üçün milli-mənəvi və dini dəyərlərimizi belə istifadə etməkdən çəkinmədiklərini sübut edir.
Belə ki, Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından gələn Hacı Hüseynlu Möhsün Səfərəlinin və Armand Davud Hüseyninin idarə etdikləri “Scania” markalı THR-88825 nömrə nişanlı sərnişin avtobusuna gömrük baxışı keçirilərkən yük yerində İmam Əlinin təsviri əks olunmuş xalçanın taxta çərçivəsində 5 ədəd bağlamada 500,256 qram narkotik vasitə olan heroin və 17 ədəd bağlamada 1635 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilib və əməliyyat tədbirləri həyata keçirməklə həmin xalçanı Bakı şəhəri Xətai rayonunda yerləşən “Təbriz qarajı”nda anbardar Zahirov Elvin Eldar oğlundan götürüb anbardan uzaqlaşarkən Kərimov Bəhruz Güloğlan oğlu Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Fakt üzrə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-jü maddələrilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Bəhruz Güloğlan oğlu Kərimov satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran İslam Respublikasında yaşayan bibisi oğlu Mənuçöhr Mahmud oğlu ilə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib. 2010-cu ilin yanvar ayında Tehrana gedib narkotik vasitə alınması üçün ona 3000 ABŞ dolları verib, axırıncı isə Tehran şəhərində istintaqla müəyyən edilməmiş şəxsdən əldə etdiyi külli miqdarda 500,256 qram heroini və 1635 qram həşiş qətranını malların aşkar edilməsini çətinləşdirmə üsullardan istifadə etməklə ayrı-ayrı bağlamalarda İmam Əlinin təsviri əks olunmuş xalçanın taxta çərçivəsinin içərisində yerləşdirib “Giti peyma” şirkətinə məxsus ”Scania” markalı, THR-88825 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə şərti olaraq “Hacı Sadiq” adına Bakı şəhərinə göndərib və telefon vasitəsilə Kərimova həmin narkotik vasitələri “Təbriz qarajı”nda qəbul etməyi tapşırıb. Astara Gömrük İdarəsinin sərnişin nəqliyyat şöbəsində gömrük baxışı zamanı avtobusun yük yerində yerləşdirilmiş xalçanın çərçivəsinin içərisindən həmin narkotik vasitələr aşkar edilib.
Bəhruz Güloğlan oğlu Kərimovun Azərbaycan CM-nin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla təsdiq edildiyindən o, şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayətkar qrupların digər üzvlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Pərvin ABBASOV

759