Ali Məhkəmənin Plenumu keçirilib
27 yanvar 2010 17:45 (UTC +04:00)

Ali Məhkəmənin Plenumu keçirilib

Baxılan işlərin sayı 10,8% artıb
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu olub. Bu barədə Lent.az-a məhkəmədən bildirilib.
Plenumda Ali Məhkəmənin məhkəmə kollegiyaları sədrlərinin 2009-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Daha sonra həmin məlumatlarla əlaqədar Plenumda müzakirələr və təhlillər aparılıb.

Məruzə edən kollegiya sədrləri 2009-ci ildə məhkəmə kollegiyalarının fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd ediblər.

Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə baxılmış işlər və daxil olmuş müraciətlər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artma müşahidə olunub. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında 13,1 faiz azalma qeydə alınıb. Ümumiyyətlə isə Ali Məhkəməyə daxil olmuş işlərin sayı 10,8 faiz artıb.

Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 388 işə baxılmışdısa, 2009-ci ildə bu rəqəm 4 862-ə çatıb. Bu da 2008-ci ildə baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur. Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilib.

2009-ci ildə Ali Məhkəməyə vətəndaşlar tərəfindən daxil olan ərizə və şikayətlərin sayında azalma müşahidə olunub. 2008-ci ildə Ali Məhkəməyə 22 320 müraciət edilmişdisə, 2009-ci ildə 21 162 müraciət edilib ki, bu da 1 158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər isə 4,9 faiz azalıb.

Plenumda Ali Məhkəmənin 2010-cu ilin I yarısına dair iş planı təsdiq edilib.

Plenum konkret cinayət və mülki işlərə də baxıb. Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar