Nardaranda 2 polisi öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə baxışı başladı
Yanvarın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis zabitlərini qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Sahib Həsənovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Lent.az-ın məlumatına görə, Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə
dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, S.Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirləndirilir.
2006-cı ildə Nardaran sakinləri Ramiz Həsənov, Həsən Əzimov, İlham Quliyev və Sahib Həsənov avtomat və tapança ilə silahlanaraq həmin polis əməkdaşlarının olduğu avtomobili saxlayıblar. Onların açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb.
Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu, Həsən Əzimovu və İlham Quliyevi öldürüb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.
S. Həsənov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, əməlindən peşman olduğunu söyləyib. O bildirib ki, hadisə baş verən gün evdə olub: “Birdən atışma səsi eşitdim. Çölə çıxanda gördüm ki, qardaşımı yaralı vəziyyətdə aparırlar. Soruşdum nə olub. Dedilər ki, qardaşını vurublar. Mən də evə qayıtdım. Avtomatı götürüb hadisə yerinə getdim. Ora çatanda gördüm ki, qardaşım ölüb. Mən də avtomatla polislərə tərəf atəş açdım”.
Daha sonra prosesdə Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı Teymur Yusifov ifadə verib. O bildirib ki, hadisə baş verən gün Rövşən Rəhimov və İlqar Ağayev ona Nardaranda Dərya adlı bir nəfəri həbs edəcəklərini söyləyiblər: “Biz birlikdə Nardarana getdik. Dəryanı evindən tutub aparanda kənardan Ramiz Həsənovun avtomatla atəş açaraq gəldiyini gördük. Bu zaman İlqar Ağayev Dəryanın valideynlərini sakitləşdirirdilər. Sonra Rövşən Rəhimov Ramiz Həsənova tərəf gedərək problemin həll olunacağını dedi. Bu zaman H.Əzimov və İ.Quliyev R.Rəhimovu yerə yıxdılar. R.Həsənov da gəlib onu başından güllə ilə vurdu. Sonra İ.Ağayev xidməti silahı ilə R.Həsənovu vurdu və avtomatı onun əlindən aldı. S.Həsənov və İ.Quliyev İ.Ağayevin dalınca atəş açdılar. Onu yaraladılar. İ.Ağayev yaralı vəziyyətdə mənə dedi ki, qaç. Mən də onun əlində olan silahları və vəsiqəsini götürüb, qaçdım”.
Proses fevralın 3-də zərərçəkmiş və şahidlərin ifadələri ilə davam etdiriləcək.
Qeyd edək ki, S.Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə), 181-ci (quldurluq) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

620